2019-cu ilin noyabrında ölkə Prezidenti İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqda sərəncam imzalamışdı.

Sərəncama əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılması haqda məlumat verilmişdi.

Sərəncam imzalanan vaxtdan adıçəkilən arenada yenidənqurma işlərinə start verilib. Geridə qalan vaxt ərzində xeyli sayda texnika və canlı qüvvə işə cəlb olunub ki, stadionun əvvəlki halından əsər-əlamət qalmayıb. Artıq müasir standartlara cavab verən stadionun skeleti əraziyə baş çəkən istənilən şəxsi uzaqdan “salamlayır”.

Offsideplus.az saytının əməkdaşları fasiləsiz iş gedən stadiona baş çəkərək görülən işlərlə yenidən tanış olub ki, həmin görüntüləri siz oxuculara təqdim edirik.

Müəyyən mənada “Bakcell Arena”nı xatırladacaq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun azarkeş tutumu 16-18 min arası olacaq. Oturacaqların sayı tikinti işlərinin sonuna yaxın dəqiq bilinəcək.

ec5a15e6 f7b3 40e6 b6cf 49517ce6bfb6

5a039603 a06d 4350 af15 f27cb992849d

0c1cd26f 0516 4f67 bc6d 865f4df0d69c

 75b65410 53c2 4924 9cfd 799e7005d986 2