Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ləğv olunub.
Offsideplus.az xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən qurum bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişdirib.
Federasiya bu gündən fəaliyyətini dayandırıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası federasiyanın sədri Seymur Talıbov idi.