Şahmat üzrə Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, "The FTX Crypto Cup"un üçüncü yarış günündə daha 5 tur oynanılıb. Teymur Rəcəbov 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə 8,5 xal yığaraq, Maqnus Karlsenlə 6-7-ci yerləri bölüşüb. 1/4 finala vəsiqə qazanan 34 yaşlı qrossmeyster bu gün Aniş Qiriyə rəqib olacaq. Oyunlar 26 - 27 mayda keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Azərbaycanı təmsil edən digər şahmatçımız Şəhriyar Məmmədyarov isə görüşlərindən 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılaraq, 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.