"Yuventus" klubu baş məşqçi Luçano Spallettinin işindən razıdır.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" onun sözləşməsini 2028-ci ilin yayına qədər uzatmaq istəyir.
Bu barədə "calciomercato.it" portalı məlumat yayıb.
Spalletti ötən ilin oktyabrından "Yuventus"u çalışdırır. O, bu postda İqor Tüdoru əvəz edib.
"Yuventus" hazırda 33 xalla A Seriyasında 4-cü yerdədir.



