İtaliya Superkubokunun gələn il ABŞ-də keçirilməsi ehtimalı gündəmdədir.

Offsideplus.az xəbər verir ki, məlumata görə, turnir bu dəfə Səudiyyə Ərəbistanında təşkil olunmayacaq, çünki ölkə həmin dövrdə Asiya Kubokuna ev sahibliyi edəcək.

Qərarın verilməsi üçün Serie A-da çıxış edən 20 klubun səsverməsi nəzərdə tutulub. Səsvermənin yaz aylarında baş tutacağı bildirilir.

Mümkün ev sahibləri arasında Florida ştatı və ABŞ-ın cənub bölgəsində yerləşən digər ştatlar, eləcə də Avropa və başqa qitələrdəki ölkələr nəzərdən keçirilir.

Bundan əlavə, İtaliya Superkubokunun yenidən bir matçlıq final formatına qayıtması da müzakirə mövzusudur. Qərarın yaxın aylarda rəsmiləşəcəyi gözlənilir.