"Fiorentina" hücumçusu Moyze Kinin müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumçu 2029-cu ilin yayına qədər Florensiya təmsilçisində çıxış etməyə davam edəcək.

İtaliyalı futbolçunun sərbəstqalma məbləği də artırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kin ötən ilin yayından "Fiorentina"da çıxış edir. O, ötən mövsüm 44 oyunda 25 qol vurmağı bacarıb.