Massimiliano Alleqri sabiq futbolçusu Adrien Rabyonu "Milan"da görmək istəyir.

Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçini "Marsel" heyətdə düşünmür.

Rabyo komanda yoldaşı Conatan Rou ilə dava etdikdən sonra hər ikisi heyətdən uzaqlaşdırılıb.

30 yaşlı futbolçu 3 mövsüm Alleqri ilə birlikdə "Yuventus"da çıxış edib.

Fransa klubu onun üçün 15 milyon avro tələb edir.