"Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "canavarlar" "Flamenqo"dan Veslini transfer edib. Onlar bu keçid üçün bonuslarla birlikdə 30 milyon avro ödəyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onunla 5 illik müqavilə imzalanıb.

21 yaşlı Vesli müdafiənin sağında çıxış edir. O, "Flamenqo"da 136 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.