"Roma" yeni transferi Evan Ferqyuson bu gün İtaliyanın paytaxtına gələcək.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçu tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Ferqyuson "Roma"ya satınalma şərti ilə birlikdə icarə əsasında keçəcək. Onun satınalma haqqı 40 milyon avrodur.
Gənc futbolçu 2021-ci ildən bəri "Brayton"da çıxış edirdi. O, burada 80 oyuna çıxıb və 17 qol vurub.



