"Yuventus" növbəti mövsüm də İqor Tüdorla davam edə bilər.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" Antonio Konte və Can Pyero Qasperini ilə maraqlansa da, onların heç birini gətirə bilməyib.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
Turin klubu hazırda Tüdorla davam etməyi düşünür. Xorvatiyalı mütəxəssis bu ilin mart ayından bəri "Yuventus"u çalışdırır. O, bu postda Tiaqo Mottanı əvəz edib.
Əlavə edək ki, "qoca sinyora" növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.