"Napoli" klubu qapıçısı Aleks Meretlə müqavilə uzatmaq üçün danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət yöndə gedir.

Meretin hazırki sözləşməsi bu yay başa çatır. O, klubdan azad agent kimi ayrıla bilərdi.

28 yaşlı qapıçı 2018-ci ildən Neapol təmsilçisində çıxış edir. O, cari mövsüm A Seriyasında 34 oyunun 17-də qapısını toxunulmaz saxlamağı bacarıb.