"Milan" qapıçısı Mik Menyanla vidalaşmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, "rossoneri" müqaviləsinin başa çatmağına bir il qalan fransalı çərçivə qoruyucusunu satmağı planlaşdırır.
"Milan" ona yeni sözləşmə təklif edib. Əgər bu təklif qəbul edilməsə, o satılacaq.
Menyan 2021-ci ildən İtaliya nəhəngində çıxış edir. O, klubla 2022-ci ildə A Seriyasının qalibi olub.