"Yuventus"un baş məşqçisi İqor Tüdorun müqaviləsi avtomatik olaraq 1 il uzadılıb.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora"nın Çempionlar Liqasına vəsiqə qazanmağı buna səbəb olub. Turin təmsilçisi iyunun 30-na qədər 1 milyon avro ödəyərək sözləşməni poza bilər.

Bu barədə "Relevo" portalı məlumat yayıb.

Tüdor bu ilin martından "Yuventus"u çalışdırır. O, bu postda Tiaqo Mottanı əvəz edib.

İtaliya mətbuatında "qoca sinyora"nın baş məşqçi vəzifəsinə "Napoli" ilə çempion olan Antonio Konteni gətirmək istədiyi yazılır.