PSJ-nin vingeri Xviça Kvaratsxeliya eyni mövsümdə iki çempionatda (Fransa və İtaliya) çempion olub.
Offsideplus.az xəbər verir ki, gürcü futbolçu mövsümə "Napoli"də başlamışdı. O, daha sonra yanvarda Paris klubuna transfer olmuşdu.
O, Italiya A Seriyasında müəyyən oyun sayını keçdiyi üçün burda da çempionluq titulunu qazanıb.
PSJ Kvaratsxeliya üçün Neapol klubuna 70 milyon avro ödəyib.
24 yaşlı futbolçu A Seriyasında 17 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2023-cü ildə də "Napoli" ilə İtaliya çempionu olmuşdu.