Real-ın müdafiəçisi Marcelo klubunu dəyişə bilər.

Offsideplus.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, braziliyalı Juventus-da oynamaq istədiyini bildirib. Marcelo Madrid klubu rəhbərliyinə dəfələrlə bununla bağlı müraciət edib. O, qış mövsümündə transfer olunmaq niyyətindədir. “Sambaçı”nın Turin klubuna keçidi Kriştiano Ronaldo ilə əlaqələndirilir. Marcelo portuqaliyalı dostu ilə eyni komandada çıxış etmək arzusundadır.

Real-ın prezidenti klubun indiki ağır vəziyyətində braziliyalını buraxmaq istəmir.