İtaliyanın “Napoli” klubu Yukinari Suqavaranı transfer siyahısına əlavə edib.

Offsideplus.az xəbər verir ki, yaponiyalı futbolçu Neapol təmsilçisinin müdafiənin sağ cinahı üçün alternartivlərindən biridir. Bu barədə “Relevo” portalı məlumat yayıb.

Suqavara ötən ilin yayından “Southempton”da çıxış edir. O, cari mövsüm Premyer Liqada 26 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.