İtaliya A Seriyasının 27-ci turunda "Milan" səfərdə "Latsio"ya 1:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Serxio Konseysao görüşdən sonra matç və istefası barədə fikirlərini bölüşüb:

"Belə atmosferdə ilk dəfə məşqçilik edirəm. Bəzən komandanın ötürmələri dəqiq olmur, oyuna nəzarət etmək çətin olur, amma bu fərqli situasiyadır. Buna baxmayaraq, futbolçular xarakter göstərdilər. Biz 10 nəfərlə bərabərlik qolunu vurduq və hətta qalib gələ bilərdik. Sonra isə o penalti..."

Konseysao istefa ehtimalını da rədd edib:

"Məni maraqlandıran yeganə şey futbolçuların məyusluğunu görməməkdir. Əgər lazım gəlsə, daha çox işləməyə hazıram. Oyuncuların tam dəstəyini hiss edirəm və buna görə istefa vermək fikrim yoxdur".

Qeyd edək ki, turnir cədvəlində "Milan" hazırda 41 xalla 9-cu yeri tutur. Komandanın növbəti oyunu "Fiorentina"ya qarşı olacaq.