"Yuventus"un əsas hücumçusu Duşan Vlahoviç zədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbəyə görə, 24 yaşlı forvard UEFA Millətlər Liqasında Serbiya yığmasının heyətində Danimarkaya qarşı keçirdikləri oyunda (0:0) zədələnib.

Sözügedən oyunçunun hansı müddətə sıraya dönəcəyi hələ ki, açıqlanmayıb 

Qeyd edək ki, Vlahoviç 2022-ci ildən Turin təmsilçisinin şərəfini qoruyur.