"Genoa"nın stadionunda VAR otağında yanğın baş verib.

Offsideplus.az xəbər verir ki, A Seriyasının 6-cı turunda "Yuventus"la qarşılaşmadan əvvəl "Genoa" klubunun stadionunda VAR otağında yanğın baş verib.

Otaqda sistemin bir hissəsi olan batareya alovlanıb. Hadisəyə baxmayaraq, matç planlaşdırıldığı kimi keçirilib və "Yuventus" meydanı 3:0 hesablı qələbə ilə tərk edib.