"Yuventus" Kanadanın hücumçusu Conatan Davidlə maraqlanır.

Offsideplus.az xəbər verir ki, klub 24 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Davidin "Lill"lə hazırkı müqaviləsi gələn ilin iyun ayında başa çatır. O, 2023/24 mövsümündə Fransa çempionatında 34 oyunda meydana çıxaraq 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.