"Qalatasaray" və "Fənərbağça"nın diqqət mərkəzində olan Skott Maktominaya "Napoli" klubu "elçi" düşüb.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" şotlandiyalı futbolçu üçün 25 milyon avro təklif alsa da, 30 milyon avro tələb edir. "Napoli" transferi tamamlamaq üçün danışıqları davam etdirir. Yarımmüdafiə xəttini gücləndirmək istəyən "Fənərbağça" və "Qalatasaray" da klubla əlaqə saxlayıb.
Transferə dair rəsmi açıqlamanın "Napoli"nin son təklifindən sonra verilməsi gözlənilir.