U-19 Azərbaycan millisi və "Neftçi-2"nin üzvü Murad Məmmədov bir çox Avropa klublarının maraq dairəsindədir.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin agenti Elvin Zeynalov "NTV Spor"a açıqlamasında futbolçuya Avropadan təklif gələrsə, transfer məbləği tələb olunmadan keçid edə biləcəyini bildirib. 

Muradla İtaliyadan "Latsio", "Roma", Türkiyədən "Konyaspor", "Qazientepspor" və "Alanyaspor" klubları maraqlanır.