PSJ klubu Xviça Kvaratsxeliya üçün "Napoli"yə rəsmi təklif göndərib. 

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi gürcü vinger üçün 100 milyon avro xərcləməyə hazırdır. İtaliya mətbuatının məlumatına görə, PSJ qeyd olunan məbləğdə Neapol klubuna təklif irəli sürüb. 

Futbolçunun satılıb-satılmaması barədə son qərarı "Napoli" verəcək.