"Yuventus" klubu və hazırda "Əl Nəsr" forması geyinən Ronaldo arasında gərginlik artır.

Offsideplus.az  xəbər verir ki, portuqaliyalı ulduz Turin təmsilçinin məvacibi ödəməkdən yayınması ilə bağlı məhkəmədə qalib gəlib. Lakin "Yuventus" 9,8 milyon avro bonusu ödəməkdən boyun qaçırır. Klub bütün leqal yollara əl atacaq ki, portuqala ödənişi etməsin. 

Qeyd edək ki, Ronaldo 2018-ci ildən "Real"dan "Yuventus"a transfer olunmuşdu.