“Napoli” klubunun gürcü vingeri Xviçi Kvaratsxeliyanın agenti Mamuka Cuqeli gürcü futbolçunun neapollularla müqaviləsinin tezliklə uzadılacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Cuqeli deyib:

“Yaxın vaxtlarda onun müqaviləsinə düzəlişlər ediləcək. De Laurentiis çox yaxşı insandır, sözünün üstündə durandır, vəd etdiyi hər şeyi yerinə yetirir, bizim üçün çox yaxşı işlər görüb. Aydın məsələdir ki, “Kvara” ən yüksək səviyyəli futbolçudur və daha çoxuna layiqdir və o, yaxın vaxtlarda bunu alacaq”, deyə futbolçunun agenti vurğulayıb.