İngiltərənin "Mançester Yunayted" klubu sıralarını genişləndirməyi düşünür.

 Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, İtaliya "İnter"inin sol cinah müdafiəçisi Federiko Dimarko ilə yaxından maraqlanır.

MY rəhbərliyi 25 yaşlı futbolçu üçün qarşı tərəfə 50 milyon avroluq təklif göndərəcək.

İngiltərə klubu onun keçidini yanvarda həll etmək istəyir.