"Yuventus" klubunun futbolçusu Nikolo Faqioli mərc oynadığı üçün 7 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, Turin prokurorluğu artıq Faqiolinin 2024-cü ilin may ayına qədər futboldan uzaqlaşdırılmasını təsdiqləyib.
Qeyd edək ki, əvvəllər KİV-də yayılan məlumatda istintaqın Faqiolinin qanunsuz mərc oyunlarında iştirakını təsdiqləyəcəyi halda onun 3il və ya daha çox müddətə diskvalifikasiya şəklində sanksiyalarla üzləşəcəyi, 25 min avro cərimə olunacağı bildirilirdi.