"Yuventus" klubu futbolçuların agentlərinin iştirakı ilə maliyyə fırıldaqlarında şübhəli bilinir.
Offsideplus.az xəbər verir ki, oyunçuların transferində heç bir rolu olmayan bəzi agentlərə hələ də komissiya ödənilməsi haqda əməliyyatların bir sıra fakturaları aşkar edilib. İtaliya Agentlik Komissiyasının katibliyi buna görə də “qoca sinyora” ilə bağlı araşdırmaya başlayıb.
İttiham tərəfinin fikrincə, agentlər bu sxemdə gizli vasitəçilər kimi iştirak ediblər. Bu agentlərrin Lippi, Giuffrida, Galli, Morabito, Fioravanti və Tinti olduğu qeyd edilib.