Bu yay "Milan"ı İngiltərə "Nyukasl"ına dəyişən Sandro Tonali İtaliyaya qayıtmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.
Xəbərə görə, 23 yaşlı yarımmüdafiəçisi "Milan"a qayıtmağa hazırdır.
Qeyd edək ki, Tonali 2023-cü ilin 3 iyulunda "Nyukasl Yunayted"ə keçib. Onun "sağsağanlar"la 2028-ci ilədək müqaviləsi var.