İtaliya mətbuatında "Yuventus"un sahiblərinin klubu satmağa hazırlaşdığı barədə xəbərlər yayılıb.

Offsideplus.az  xəbər verir ki, məlumatda Turin təmsilçisinin 800 milyon avro ilə 1,5 milyard avro arası məbləğdə satılacağı iddia olunub.

"Yuventus"a nəzarət edən "Exor" şirkətinin adı açıqlanmayan bir nümayəndəsi isə bu məlumatlara münasibət bildirib. O, "Tuttosport"a açıqlamasında həmin xəbərləri təkzib edib. Nümayəndə bu məlumatları fərziyyə adlandırıb.

Qeyd edək ki, "Yuventus" 3 turdan sonra A seriyasının turnir cədvəlində 7 xalla 3-cüdür. Bu ilin may ayında (2022/23 mövsümü) klubun maliyyə pozuntularına görə komanda A seriyasında 10 xalından məhrum edilib.