"Torino" klubu heyətini yeni bir futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Torino təmsilçisi "Dinamo"nun müdafiəçisi Səba Sazonovu transfer edib. Futbolçu tibbi müayinədən keçmək və klub ilə müqavilə imzalamaq üçün Moskvadan İtaliyaya yollanıb.

Keçid üçün qarşı tərəfə 3 milyon avro ödəniləcək.