"Napoli" klubu İtaliya A Seriyasının I turunda "Frozinone" ilə oyuna itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya görüşü buraxacaq. 22 yaşlı futbolçu "Jirona" ilə yoxlama matçında
dizindən zədə alıb.

Qeyd edək ki, Gürcüstan millisinin üzvü 2022-ci ildə "Dinamo Batumi"dən "Napoli"yə keçib.