"İnter"in vitse-prezidenti Xavyer Zanetti Lautaro Martinesin "Çelsi"yə mümkün transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, argentinalı hücumçu ilə bağlı xəbərləri təkzib edib.
"Digər klublar və Lautaro arasında danışıqlar getmir. Əmin ola bilərsiniz ki, Lautaro "İnter"də çox xoşbəxtdir", o, deyib.