"Roma" klubu "Lids"dən icarəyə götürdüyü Dieqo Lorente ilə yollarına davam etmək istəyir. 

Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano məlumat yayıb. Müqavilənin tezliklə imzalanması gözlənilir, klublar arasında razılıq əldə olunub. 

 "Roma" Lorente ilə sözləşmənin şərtlərini danışıb, ispaniyalı futbolçu da İtaliya klubunda qalmaq istəyir.

 

Günay Xəlil