"Roma"nın futbolçusu Temmi Abraham klubdan ayrıla bilər.

 Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira öz "Tvitter" səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, ingiltərəli hücumçu yay "transfer pəncərəsində" paytaxt təmsilçisini tərk edə bilər.

Qeyd edək ki, 25 yaşlı hücumçu 2021-ci ilin yayından "Roma"da çıxış edir. "Canavarlar"ın heyətində bu müddətdə 106 oyuna çıxan forvard, 36 qol vurub və 11 qol ötürməsi verib.

Fəqan İbrahimli