Neapol şəhərində bir cütlük martın 31-də doğulan körpələrinə "Xviça" adını qoyub. 

Offsideplus.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, cütlük oğullarını "Napoli"nin gürcü ulduzu Xviça Kvaratsxeliyanın şərəfinə adlandırıb. O, Neapol şəhərində bu adı daşıyan ilk körpə olub.

Qeyd edək ki, körpənin atasının adı isə əfsanəvi Maradonanın şərəfinə "Dieqo Armando" adlandırılıb.