Məşhur “Transfermarkt” portalı İtaliya A seriyasında çıxış edən futbolçuların transfer qiymətlərinin yeni siyahısını tərtib edib.

Offsideplus.az xəbər verir ki, "Napoli"nin hücumçusu Viktor Osimhen İtaliya çempionatının ən bahalı futbolçusu olub. Onun transfer dəyəri 100 milyon avrodur.

Nigeriyalı futbolçunun gürcüstanlı komanda yoldaşı Xviça Kvaratsxeliyanın dəyəri isə xeyli artıb. Onun transfer qiyməti 25 milyon avro bahalaşaraq 85 milyon avroya çatıb.