"Napoli" klubunun hücumçusu Xviça Kvaratsxeliya A seriyasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Offsideplus.az xəbər verir ki, Gürcüstan millisinin üzvü ötən ay 4 matçda iştirak edib, 3 qol vurub və 1 qolun ötürməsini verib.

Qeyd edək ki, Xviça səsvermədə Aleksey Mirançuk (“Torino”), Viktor Osimhen (“Napoli”), Anxel Di Mariya (“Yuventus”) və Federiko Baskirottonu (“Leççe”) qabaqlayıb.