“Napoli” klubu gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı əldən buraxmaq niyyətində deyil.

Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisinin rəhbərliyi gürcü futbolçuya yeni müqavilə təklif edəcək.

İtaliya klubunun nümayəndələri Xviçanın agenti görüşərək müqavilənin uzadılmasına dair danışıqlar aparacaq.

Qeyd edək ki, Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.