"Fənərbağça"nın hücumçusu Joao Pedro yenidən Seriya A-da çıxış edə bilər.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin oyunçusu "Torino"nun maraq dairəsindədir. Bu barədə "Tuttosport" məlumat yayıb.

Xəbərə görə, Turin təmsilçisi 30 yaşlı forvardı icarə əsasında heyətinə qatmaq istəyir. Mənbəyə görə, digər İtaliya klubu "Sambdoriya"da təcrübəli oyunçunu transfer etmək fikrindədir.

Bildirilir ki, "sarı-lacivərtlilər" hücumçunu icarəyə vermək istəmir.

Qeyd edək ki, Joao Pedro yay transfer pəncərəsində 4.5 milyon avro qarşılığında "Kalyari"dən "Fənərbağça"ya keçmişdi. Onun komanda ilə 2025-ci ilə qədər müqaviləsi var.