Cari mövsümün əvvəlində "Beşiktaş"dan 4,5 milyon avro qarşılığında "Torino"ya transfer olan Emirhan İlkhan ümidləri doğrulda bilmir.
Offsideplus.az xəbər verir ki, İtaliya klubu 19 yaşlı yarımmüdafiəçini icarəyə verəcək.
Türkiyəli futbolçunun xidmətində iki klub maraqlıdır. "Kalyari" və "Kremoneze" qışda gənc oyunçunu icarəyə götürməyə çalışacaq.