“Milan” klubu bu il A seriyasının səfər oyunlarında ilk dəfə uduzub.
Offsideplus.az xəbər verir ki, "rossonyerlər" oktyabrın 30-da “Torino”dan xal ala bilməyib – 1:2.
“Milan” həmin günə qədər qitənin “böyük beşlik” adlandırılan liqalarında rəqib meydanında məğlub olmayan yeganə komanda idi. Stefano Pyolinin çalışdırdığı komanda 2022-ci ildə ölkə çempionatında keçirdiyi əvvəlki 15 səfər oyunundan 11 qələbə və 4 heç-heçə ilə ayrılmışdı.