İtaliya A Seriyası təmsilçisi "Torino" türkiyəli futbolçunu heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, klub 17 yaşlı yarımmüdafiəçi Emirhan Acarla razılığa gəlib. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Müqavilənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Emirhan 17 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin üzvüdür. O, "Torino"nun U-19 komandasında çıxış edirdi.