“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi  “Volfsburq"un yarımmüdafiəçisi Aster Vranksı transfer edib. "Qırmızı-qaralar" 19 yaşlı oyunçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Qeyd edək ki, Aster Vranks 2021-ci ildən oynadığı “Volfsburq”da 29 matç keçirib və 2 qol vurub. O, Belçikanın U-21 millisində də çıxış edir.