"Torino" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi "Ayaks"ın müdafiəçisi Perr Şursu heyətinə qatır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Mənbəyə görə 22 yaşlı futbolçu üçün 9.5 milyon avro+ 3.5 milyon avro bonuslar ödəniləcək. Razılaşmaya əsasən Amsterdam təmsilçisi niderlandlı oyunçunun sonrakı satışından 10 % pay alacaq. Xəbərdə o da qeyd olunub ki, artıq müdafiəçi "Torino" klubu ilə müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Perr Şurs 2018/2019 mövsümündən "Ayaks"da çıxış edirdi. O, klubla ötən mövsüm bütün turnirlərdə 30 oyunda iştirak edib və 2 asisstlə yadda qalıb.