“Beşiktaş” klubu yarımmüdafiəçisi Emirhan İlkhanı satıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu karyerasını İtaliya “Torino”sunda davam etdirəcək. Yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Turin klubu bu transferə görə “Beşiktaş”a 4,5 milyon avro ödəyib.
Qeyd edək ki, Emirhan İlkhan “Beşiktaş”ın öz yetirməsidir.