"Torino" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "Beşiktaş"ın futbolçusu Emirhan İlkhan karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. "Torino" 18 yaşlı yarımmüdafiəçi üçün "qartallar"a 4,5 milyon avro ödəyib. 

Qeyd edək ki, "Beşiktaş" yetirməsi olan İlkan 2021-ci ildən bu klubun formasını geyinirdi.