“Yuventus” klubu sabiq futbolçusu Pol Poqba ilə 3 illik müqavilə imzalamağa yaxındır.

Offsideplus.az xəbər verir ki, Turin klubu 29 yaşlı fransalı futbolçudan transferi üçün şifahi təminat alıb.

Müqavilənin bağlanması prosesi son mərhələdədir.

Xatırladaq ki, “Mançester Yunayted” iyunun 1-də Poqba ilə yollarını ayırıb.