"Everton"nun futbolçusu Moyse Kin karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Yuventus" 21 yaşlı forvardla razılığa gəlib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Qoca Sinyora" Moyseni birbaşa transfer şərti ilə icarəyə götürəcək. Futbolçu sabah Turin şəhərində tibbi müayinədən keçəcək. 

Qeyd edək ki, Moyse Kinlə anlaşmadan sonra "Yuventus" Eden Hazard və ya Pyer-Emerik Obameyanqın mümkün transferi barədə bir addım atmayacaq.

Xatırladaq ki, Kin 2016-2019-cu illərdə "Yuventus"da çıxış edib.