“Torino” klubu futbolçusu Salvatore Siriqu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı qapıçının müddəti bitən müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Siriqu 2017-ci ildən “Torino”da çıxış edirdi. Qapıçı İtaliya millisində 27 oyun keçirib.